FAQ

Tez-tez verilən suallar

Layihənin başlanğıcı, qiymət və müddət, icra modeli və təhvildən sonrakı dəstək haqqında qısa, düz cavablar.

Sualınızı yazınWhatsApp

Mövcud dillər:

Ümumi

Bizneslər və təşkilatlar üçün veb-saytlar, veb tətbiqlər, e-commerce, xüsusi proqram təminatı və inteqrasiyalar hazırlayırıq. Hosting, korporativ e-poçt, marketinq və çap kimi işləri də eyni layihə çərçivəsində təşkil edirik.

Xeyr, bunu iddia etmirik. Veb, proqram təminatı, inteqrasiya və infrastruktur işlərini özümüz icra edirik. Mobil tətbiq, marketinq, kibertəhlükəsizlik və çap kimi sahələrdə ixtisaslaşmış tərəfdaşları cəlb edirik. Siz isə yalnız bizimlə işləyirsiniz və nəticəyə görə məsuliyyət bizdə qalır.

Fərdi sahibkarlar, startaplar, kiçik və orta bizneslər, iri şirkətlər, dövlət qurumları, qeyri-hökumət və beynəlxalq təşkilatlarla. Hər birinə ölçüsünə, büdcəsinə və məqsədinə uyğun həll təklif edirik.

Mərkəzimiz Bakıdadır, amma beynəlxalq müştərilərlə də işləyirik. Layihənin dilini və iş formatını başlanğıcda birlikdə razılaşdırırıq.

Layihə və proses

Qısa müraciətlə: nə etmək istədiyinizi və hansı problemi həll etmək istədiyinizi yazırsınız. Sonra görüşdə ehtiyacı birlikdə dəqiqləşdiririk və əhatə dairəsi, mərhələlər, büdcə və icra modeli olan yazılı plan təqdim edirik.

Bu, normal haldır. Tələbləri birlikdə müəyyənləşdirmək işimizin bir hissəsidir: məqsədi, istifadəçiləri və mövcud vəziyyəti öyrənib texniki tapşırığı biz hazırlayırıq.

Bəli. Əlavə funksiyalar və dəyişikliklər ayrıca qiymətləndirilir, onların müddətə və büdcəyə təsiri əvvəlcədən sizinlə razılaşdırılır. Beləliklə, sürpriz xərclər olmur.

Layihə boyu müntəzəm ünsiyyət saxlayırıq: hər mərhələnin sonunda nəticəni göstərir, növbəti addımları razılaşdırırıq. Bir əlaqə nöqtəniz olur və tərəfdaşların işini də o koordinasiya edir.

Qiymət və müddət

Qiymət əhatə dairəsindən, funksionallıqdan, inteqrasiyalardan və icra modelindən asılıdır, ona görə hazır qiymət siyahısı vermirik. Ehtiyacı dəqiqləşdirdikdən sonra mərhələlərə bölünmüş yazılı təklif hazırlayırıq.

Müddət layihənin ölçüsünə görə dəyişir: landing page ilə çoxkomponentli platformanın müddəti fərqlidir. Hər layihədə mərhələlər və təhvil tarixləri planda yazılır və razılaşdırılır.

Ehtiyacdan artıq texnologiya təklif etmirik. Lazım olsa, layihəni mərhələlərə bölürük: əvvəl ən vacib hissə işə düşür, sonra genişləndirilir. Hazır platformanın kifayət etdiyi yerdə onu tövsiyə edirik.

Ödəniş şərtləri layihəyə başlamazdan əvvəl müqavilədə razılaşdırılır. Mərhələlər, hər mərhələnin nəticəsi və təhvil-qəbul şərtləri də orada əvvəlcədən müəyyən olunur.

Dəstək və infrastruktur

Bəli. Texniki xidmət, yeniləmələr, ehtiyat nüsxələr və təkmilləşdirmələr üçün təhvildən sonra da yanınızda qalırıq. Dəstəyin həcmi və şərtləri əvvəlcədən razılaşdırılır.

Bəli. Domen, veb hosting, VPS və bulud serverlər, korporativ e-poçt, backup və monitorinq xidmətlərini qururuq və idarə edirik. Mövcud hostinqinizdə də işləyə bilərik.

Bəli. Mövcud saytı və ya sistemi əvvəl qiymətləndiririk: nəyin saxlanması, nəyin yenidən qurulması daha düzgündür. Redizayn, köçürmə və modernləşdirmə işlərini həyata keçiririk.

Saytın, məzmunun, domenin və hesabların kimə məxsus olacağı, təhvil zamanı hansı giriş məlumatlarının veriləcəyi müqavilədə əvvəlcədən yazılır, sonradan mübahisəyə yer qalmır.

Növbəti addım

Ehtiyacınızı deyinDüzgün quraq

Nə qurmaq istədiyinizi qısa yazın. Ehtiyacı birlikdə dəqiqləşdirək, uyğun texnologiyanı, ixtisası və icra modelini seçək.

Layihəyə başla+994 55 754 09 54
  1. Yazırsınız Məqsədi, mövcud vəziyyəti və gözlədiyiniz nəticəni bir neçə cümlə ilə təsvir edirsiniz.
  2. Danışırıq Qısa görüşdə tələbləri, imkanları və alternativləri birlikdə nəzərdən keçiririk.
  3. Plan təqdim edirik Əhatə dairəsi, mərhələlər, büdcə və icra modeli yazılı şəkildə razılaşdırılır.

    WhatsApp-da bizə yazın (yeni pəncərədə açılır)