Əhatə dairəsi əvvəlcədən müəyyənləşir
İşə başlamazdan əvvəl layihənin nəyi əhatə etdiyini və nəyi etmədiyini birlikdə yazırıq. Texniki alternativləri müqayisəli təqdim edirik: hansı yol daha sadədir, hansı daha genişlənə bilən, hansı daha sərfəli.
Büdcə, müddət və öhdəliklər razılaşdırılır
Büdcə, mərhələlər, təhvil tarixləri və tərəflərin öhdəlikləri müqavilədə əvvəlcədən müəyyən olunur. Hər mərhələnin sonunda nəyin təhvil veriləcəyi bəllidir.
Dəyişikliklər ayrıca qiymətləndirilir
Layihə zamanı yaranan əlavə funksiyalar və dəyişikliklər ayrıca qiymətləndirilir. Onların müddətə və büdcəyə təsiri sizinlə razılaşdırılmadan işə başlanmır.
Müntəzəm kommunikasiya
Layihə boyu bir əlaqə nöqtəniz olur. Gedişat barədə müntəzəm məlumat veririk, qərar tələb edən məsələləri vaxtında sizinlə müzakirə edirik.
Təhvil-qəbul və sonrakı dəstək
Təhvil-qəbul şərtləri və təhvildən sonrakı texniki xidmətin həcmi əvvəlcədən müəyyən olunur. Layihə bitəndən sonra da yeniləmə, təkmilləşdirmə və genişləndirmə üçün yanınızda qalırıq.
Ölçüyə uyğun həll
Kiçik biznesə lazımsız mürəkkəb sistem təklif etmirik, iri təşkilatın ehtiyacını da sadə sayta endirmirik. Hər layihə öz məqsədinə, resursuna və büdcəsinə görə qurulur.
Nəticəyə görə məsuliyyət
İşi özümüz və ya tərəfdaşlarımız görsün, sizin qarşınızda məsuliyyət daşıyan biz oluruq. Tərəfdaşları biz seçir, işlərini biz koordinasiya edirik.